Bu səbəbdən əksər hallarda köhnə pullar ya atılır, ya da müxtəlif vasitələrlə (kley, “skoç” və s.) yararlı hala gətirilib, ictimai yerlərdə, necə deyərlər, basabas vaxtı kimlərəsə sırınır.

“Zaman Azərbaycan”a istinadən bildirəm ki, dünyanın bir çox ölkələrində isə bununla bağlı rahat bir sistem formalaşdırılıb: vətəndaş köhnə pulunu təqdim edib, əvəzində eyni dəyərdə olan pul alır və onunla problemini həll edir. Avropa ölkələrinin çoxunda bununla bağlı əhali arasında aparılmış maarifləndirmə işləri də öz bəhrəsini verir.

Yəni vətəndaş bizdəki kimi köhnə pulunu sırımaq üçün müxtəlif variantlar fikirləşmir, köhnə pulunu haraya təqdim edəcəyini bilir. Bununla da problem həll olunur. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Bu işlə məşğul olan hansısa dövlət qurumu varmı? Əgər varsa, vətəndaşlardan köhnə əskinasların dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur? Mövzu ilə bağlı suallarımızı Mərkəzi Bankın Kommunikasiya və Xəzinə departamentlərinə ünvanladıq.

“Əskinasların dəyişdirilməsi üçün vətəndaşlardan sənəd tələb olunmur”

Departamentdən bildirildi ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa görə, Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir: “Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Əks halda isə dəyişdirilmir və vətəndaşa bu haqda izahat verilir”.

Vətəndaşların müraciətinə əsasən, pul nişanlarının dəyişdirilməsi əsasən kommersiya banklarında aparılır. Mərkəzi Bankda isə “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması qaydaları” ilə Xəzinə Departamentinin kassa xidməti şöbəsində həyata keçirilir.

Araşdırmalarımız zamanı onu da öyrəndik ki, qeyd olunan tələblərə cavab verən əskinasların dəyişdirilməsi ilə bilavasitə Mərkəzi Bankın Xəzinə və Nağd Pul departamentləri məşğul olur. Qurumdan onu da bildirdilər ki, sözügedən pul nişanlarının dəyişdirilməsi üçün vətəndaşlardan heç bir sənəd tələb olunmur. Lakin ayrı-ayrı hallarda pulların ekspertizaya aparılması zərurəti yarandıqda şəxsiyyət vəsiqəsi məlumatlarının qeyd olunması tələb edilir.

“Pulun məbləği ilə bağlı heç bir məhdudiyyət yoxdur”

“Bir şəxs bir ay ərzində nə qədər cırılmış, xarab olmuş pul dəyişə bilər? Bununla bağlı hansısa məhdudiyyət varmı?” sualımıza cavab olaraq, Mərkəzi Bankın Kommunikasiya və Xəzinə departamentlərindən pul nişanlarının ümumi məbləği ilə bağlı məhdudiyyətin olmadığını bildirdilər. Lakin bununla yanaşı, vətəndaşlar pullarını dəyişərkən onlara pul nişanları ilə davranış mədəniyyətinin aşılanması baxımından maarifləndirmə işi aparılır. Bəzən pul nişanlarının hansı şəraitdə yararsız hala düşməsi barədə pul dəyişənlərdən məlumat alınmasına zərurət yaranır.

“Dövriyyəyə yararsız pul nişanları məhv edilir”

“Vətəndaşlardan yığılan xarab olmuş pulların sonda aqibəti necə olur?” sualımıza qurumdan belə cavab aldıq: “Saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanları müəyyən edilmiş qaydalar əsasında məhv edilir. Mərkəzi Bank tədavüldən çıxarılmış kağız və metal pulların çap formalarının və ştamplarının məhv olunmasını təmin edir. Bu isə o deməkdir ki, onlar təkrar istifadə oluna bilməz”. Qurumdan onu da bildirdilər ki, 2011-ci ilin yanvar-avqust aylarında vətəndaşlardan qəbul olunan və dəyişdirilən dövriyyəyə yararsız pul nişanlarının məbləği 194 min 517 manat təşkil edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma