Peşəkar yardım olmadan siqareti atmaq mümkündürmü? Mütəxəssislər bu suala müsbət cavab verirlər. Hətta onlar bunun üçün konkret üsullar olduğunu da deyirlər. Ancaq bu üsulları yerinə yetirməkk nə qədər vacibdirsə, psixoloji hazırlıq da bir o qədər vacibdir. Yoxsa, bu üsullar istənilən nəticəni verməyə də bilər. İndi isə bu barədə daha ətraflı:

1. Çəkdiyiniz siqaretin markasını dəyişdirin.

2. Əgər mümkündürsə, xoşlamadığınız markaya keçin.

3. Siqareti atmaq istədiyiniz tarixdən bir neçə həftə əvvəl tərkibində daha az nikotin və daha az qatran olan siqaretlər alın. Bu, siqaretdən “soyumağınıza” kömək edər.

4. Markanı dəyişdirməklə yanaşı, çəkdiyiniz siqaretin sayını da azaldın.

5. Tüstünü ciyərlərinizə çəkməyin. Bu, orqanizmin daha çox nikotin qəbul etməsinə səbəb olur.

6. Siqareti yarısına qədər çəkin.

7. Hər gün ilk siqaretinizi bir saat gec çəkin.

8. Günün yalnız cüt və ya tək saatlarına siqaret çəkməyə çalışın.

9. Bir gün əvvəldən nə qədər siqaret çəkəcəyinizi qərarlaşdırın.

10. Yeməkləri elə seçin ki, axırda siqaret çəkməyə ehtiyac olmasın.

11. Siqaret əvəzinə bir stəkan meyvə şirəsi için.

12. Siqaretin sayını azaltmaq hələ siqareti atmaq deyil. Əgər gündə 7 siqaretdən az çəkirsinizsə, deməli, siqareti atacağınız günü müəyyən edə bilərsiniz.

13. Yalnız çox istədikdə siqaret çəkin.

14. Külqabıları boşaltmayın. Bu mənzərə, həmçinin kötüklərinin qoxusu sizi narahat edəcək.

15. Siqareti elə yerlərə qoyun ki, götürmək çətin olsun.

16. Siqareti yandırmazdan əvvəl güzgüdə özünüzə baxın.

17. Bir qutu bitməmiş başqa qutu almayın.

18. Evdə və iş yerində yanınıza siqaret qoymayın.

19. Siqaret kötüklərini böyük şüşə balona yığıb saxlayın. Onları görmək sizi siqareti atmağınıza xeyli kömək edər.

20. Biri sizə siqaret təklif etsə, rədd edin, “Çəkmirəm ” , – deyin. Bu sizin özünüzə inamınızı artırar.

21. Çoxlu su için. Su bütün hallarda orqanızm üçün xeyirlidir. Digər tərəfdən, su siqaretə olan tələbatınızı azaltmaqla yanaşı, orqanizmdəki niktoin və başqa zərərli maddələrin ifraz olunmasına da kömək edər.

22. Siqareti azaltdıqca özünüzə mükafatlandırın.

23. Əgər siqareti atmaq istəyən başqa bir dostunuz varsa, bu iş sizin üçün daha asan ola bilər. Bir-birinizi siqareti atmağa həvəsləndirin.

24. Hər siqaret istəyəndə siqaret yandırmaq əvəzinə hisslərinizi bir gündəliyə yazın və gündəliyi həmişə yanınızda gəzdirin.

25. Əlinizdəki və ağzınızdakı “boşluq hissini” aradan qaldırmaq üçün bir məşğuliyyət tapın. Məsələn, su için, çərəz yeyin və s.

26. Siqareti ən çox nə vaxt istədiyiniz düşünün: əsəbi olanda, yeməkdən sonra, yoxsa, işdən evə gələndə… Siqaret çəkmək əvəzinə xoşunuza gələn başqa bir işlə məşğul olun.

27. Hər gün 3-5 dəqiqə nəfəs təmrinləri edin: Gözlərinizi yumun. Burnunuzdan dərindən nəfəs alın. Nəfəsinizi bir neçə saniyə saxlayın. Sonra yavaş-yavaş nəfəsinizi ağzınızdan verin. Bu təmrini hər dəfə təkrar edəndə nə qədər təmiz və rahat nəfəs aldığınızı görəcəksiniz.

28. Həftədə 3-4 dəfə 30-40 dəqiqə idmanla məşğul olun. İdman sizi həm stresdən xilas edər, həm də siqaretə olan həvəsinizi azaldar.

29. Ailənizə, dostlarınıza siqareti atmaq istədiyinizi deyin və onlardan dəstək istəyin.

30. Siqareti nə üçün atmaq istədiyinizi bir kağıza yazın ( məsələn, sağlam olmaq, pula qənaət etmək və s. kimi ) və bu kağızı hər gün oxuyun.

8 cavab »

  1. Mehdi deyir ki:

    cox maraqli melumatlardi caliwacamki mende bunlara emel edim ve sigateri tergidim hem canim gedir hemde pulum

  2. Elnur deyir ki:

    Minnetdaram. Faydali meslehetlerdi. Mende meslehetlerinize emel edecem ve tezlikle siqareti tergideceyem.

  3. Elshad 16 yaş (( deyir ki:

    Sööz verirəm sabahdan başlayaraq mədnə siqareti atmağa çalışacam!
    Daha doğrusu çəkməyəcəm Söz!!!!

  4. RAVIL deyir ki:

    eh 12ildi cekirem ama 1gunde olsa tergitmemisem,inanmiramda tergide bilem

  5. serxan deyir ki:

    31 yawim var mende 6 -ci sinifden cekirdim ama indi atiram yavaw yavaw.inwallah cekmiyecem

  6. samir deyir ki:

    15 ileyaxindir cekirem zibile dusmusem bezmisem

  7. filankes deyir ki:

    bunlari oxuyanda ele adamin sebri catmior bir sigaret cekir )))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma