Dünən dünyanın 7 milyardıncı insanı doğulub. Körpə gecə saat 00:02 radələrində Rusiyanın Kalininqrad şəhərində doğulub. Körpənin doğum tarixi BMT-nin müşahidəçiləri tərəfindən qeydə alınıb. 7- milyardıncı insanın adı Petyadır. Onun 50 sm boyu, 3 kq 60 qram çəkisi var. Məlumata görə, valideynlər xatirə üçün “7 milyardıncı insanın doğulması haqqında” sertifikat alacaq.

Ancaq bu gecə doğulan daha bir körpə bu ada iddialıdır. Belə ki, Fillipində doğulan Danika May Kamaçonun da dünyaya gəlişində BMT müşahidəçiləri olublar. Qeyd edək ki, 7 milyard rəqəmi simvolik xarakter daşıyır. Çünki məhz oktyabrın 31-də doğulan hansı körpənin bu ada layiq görüləcəyini müəyyən etmək qeyri mümkündür.

Amma siz bu 7 milyard insan içində neçənci olduğunuzu dəqiq öyrənə bilərsiniz. Bunun yolu çox sadədir. Aşağıdakı linkə daxil olursunuz və (AA) yerinə doğulduğunuzu ayı (məsələn, 09), (GG) yerinə anadan olduğunuz günü (məsələn, 07) və (YYYY) yerinə isə təvəlldünüzü yazırsınız (1988). Sonra (TAMAM) yazısına klik edirsiniz və dünyada neçənci dünyaya gəlmiş insan olduğunuzu öyrənirsiniz.

 Bura daxil olun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma