Ey eşq hardasan? Həqiqətən hardasan? Ümidi qırılmış dostlarımın, susqun dodaqların, ayrılıq ağrısıyla qovrulan ürəklərin spikeri olaraq soruşuram, HARDASAN? Hesab soruşurlar mənə, gecə vaxtı bir telefonla, ya da yolda görüncə çevirib səkidən, haradadır deyirlər?

O qədər çox gözləyən var ki, görürsən hər halda. Təkliklə əhatə olunmuş,ümidsiz və bəlkə artıq dua belə etməyən dostlarımı izləyirsən. Özüm üçün bir şey istəyirəmsə namərdəm  :-) , onlara bir görünsən, burdayam desən heç olmasa. Ümidləri qırılmasa, tükənməsə … Hər yaşadıqları ayrılığın hesabını sənə soruşacaqlar, hər gözyaşı sənin varlığına deyil, yoxluğuna olan inancı gücləndirəcək.

Davamlı səni müdafiə edirəm. Gələcəyinə, dünyanın güzəlləşəcəyinə, var olduğuna və həmişə içlərində ümid daşımaları lazım olduğuna inandırmaq üçün çabalıyıram. Sən də bir az səy göstərsənə. Ən inanmayan, ən küskün olandan başlasan hətta, daha həqiqi olardı. Mənim dediklərim də bəzən çatmır. Əslində bir əlin barmaqları qədər qaldıq, sənə inanan, səni müdafiə edən, eşq var deyən. Əksəriyyət bizə baxıb gülür.Bu dövrdə hələ sənə inandığımız üçün.

Sən də bizə küsmüsən, bilirəm. Deyirsən ki içindən, xarab pul kimi sərf ediblər məni. Qiymətimi bilmədiniz. Hər yanımdan çəkişdirdiniz. Humanitar mənfəətlərinizi, egolarınızı, həyatın çirkinliklərini içimə qatıb, bəhanə olaraq istifadə etdiniz. Ən saf halımı murdarladılar. Və kim bilir daha nələr deyirsən? Haqlısan, bizim də dəyərini anlamadığımız günlər oldu. Olmadı diyə bilmərəm. Amma cezan bu mu? Sənin yoxluğun daha böyük qarışıqlıqlar yaradır, görmürsənmi? Heç olmasa buna dayan demək üçün gəlməlisən.

Mən anladım əslində. Sən içindən deyirsən ki, bir az aradan yox olum ki, ağılları başlarına gəlsin. Səhvlərini anlasınlar. Döndüyümdə eyni səhvləri etməsinlər. Özüncə haqlı da ola bilərsən. Lakin bunu da unutma! Sənin yoxluğunla daha çox kirlənir ürəklər, içini nifrət, etibarsızlıq, ümidsizlik örtür insanların.

Ey Eşq! Sən yenə də uzatma bu küsgünlüyü, bir an əvvəl gəl. Bax burada çox gözləyən var. Gəl ki, inancları tükənməsin. Gəl ki, eşq sarsın ürəkləri və dünya gözəlləşsin. Gəl ki, həmişə sənə inanan və müdafiə edən bu yazıq mən, başım önə əyik durmayım. Kimsə üçün olmazsa, bizim üçün gəl, gəl ki gücüm olsun səni adını qışqırmağa!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma