Bir kişinin eşşəyi qaçır çıxır axtarmağa..Görür zebra gəlir,

deyir: “Vay eşşəy ADiDAS geyinifsən, eləbildin tanimiyajam

* * *

Müəllim dərsdən çıxandan sonra uşaqlardan soruşur:

Uşaqlar nə demək lazımdır?

Uşaqlar deyir: şükür ALLAHA

* * *

Generalın nəvəsi dünyaya gəlir. Onun kimə bənzəməsinini öyrənmək üçün, general ora adam göndərir.

Sizə bənzəyir.

Sevindim buna. detallarıyla danış.

O, sizin kimi keçəl, gombuldur, heçnə qanmayır və bütün günü anqırır.

* * *

Esger komandirin yanina gelir ve 2-3 gunluk mezuniyyet isteyir.

-Komandirim mene 2-3 gunluk icaze verin aileme bas cekim.

Komandir sebebini sorusur.Niye,sebebi nedir.

-Bilirsiz cenab komandir,arvadim mektub yollayib ki,usagin veziyyeti pisdir,durma gel.

Komandir:-yalan danisma hemin mektubu men de oxudum ele sozler yazilmamisdir.

Esger kor-pesiman geri qayidir ve birden geri donerek:

-oz aramizdi cenab komandir ikimizde yalanciyiq haa…

Cunki hec menim arvad usagim yoxdur..

* * *

Bir gün dovşan meşənin içi ilə gedərkən, yolunun üstündə şirin uzandığını görür. Qorx və həyəcan içində şirə yaxınlaşıb deyir:

– Olar üstündən keçim gedim? Şir deyir:

– Olar.

Gün ərzində 4-5 dəfə belə edən dovşanın yolu yenidən ordan düşür. Dovşan yenə yaxınlaşıb qorxa-qorxa soruşur:

– Olar üstündən keçim gedim? Şir deyir:

– Nə istəyirsən ee məndən? Görmürsən ayağım tələyə düşüb dura bilmirəm? Keç get dəə…

Dovşan cavab verir:

– Nə deyirsən əə?? Özü də bilirsən nə var qışqırma üstümə!!!

* * *

Bir gün banan çiyələyə deyir:

– Sən çirkinsən, üzündə çillərin var.

Çiyələk də:

– Heç olmasa sənin kimi soyunub tərbiyəsizlik eləmirəm

* * *

Futbol Ingiltərədə doğulub Brazilyada yaşayır Azərbaycanda can verir…

* * *

Bir gün ata və üç oğlu oturub yemək yeyirlər. Birdən Böyük oğul soruşur:

– Ata sən niyə İlan kimi fısıldıyırsan?

Biraz keçir 2ci oğul soruşur:

– Ata sən niyə ağzını it kimi şappıldadırsan??

Buna dözməyən kiçik oğul qardaşlarına qışqıraraq deyir:

– Heç Utanmırsız?? Eşşşşəkk boyda kişiyə İtin sözünü deyirsiz???

* * *

2 zubaçistika kəndə piyada gedirler.birdən yanlarinnan kirpi keçir.

zubacistikanin biri o birinə:Aydaaaaa bilseydim kəndə avtobus işləyir avtobusnan gələrdiy

* * *

Beş yaşlı uşaq zəng səsini eşidib dəstəyi qaldırır:

-Alo,eşidirəm.

-Atanı ya da ananı çağır.

-Evdə yoxdurlar.

-Bəs evdə səndən başqa bir adam var?

-Bəli var,bacım evdədir.

-Onda onu çağır.

Bir dəqiqəlik pauzadan sonra oğlan deyir:

-Alo,o çox ağırdır,beşikdən çıxara bilmədim.

* * *

– Arif əlifbanı bilirsən?

– Əlbəttə,bilirəm.

– Çox gözəl.Onda de görüm A hərfindən sonra hansı hərf gəlir?

– Müəllimə bu nə sualdı?! Əlbəttə,qalan hərflər.:)

* * *

İki bitin dialoqu:

– Hardan gəlirsən?

– Məhəmmədin başından.

– Hansı Məhəmmədin?

– Keçəl Məhəmmədin.Sürüşməyə getmişdim.:)

* * *

31 Dekabr günü oğul anasına deyir:

– Ana,gəl 12-nin yarısı qışqıraq Yeni il!Yeni il!

– Niyə?

– Qoy, qonşular elə bilsinlər ki,Yeni il birinci bizə gəlib.:)

* * *

Yoldan keçən piyadanı maşın vurur. Sürücü tez maşından düşüb ona qalxmağa kömək edir və könlünü almaq üçün deyir:

– Bəxtiniz gətirib, mən sizi düz həkim məntəqəsinin qarşısında vurmuşam.

– Heç də elə deyil, buranın həkimi elə mən özüməm.

* * *

. Bir kişi kompüter salonuna gəlir:

-Mən dünən sizdən kompüter almışdım…

-Nə olub, problem var?

-Bəli. Kompüter yanıb.

-Eybi yox qarantiyası var. Hansı hissəsi yanıb?

-Hamsı!

-Yox elə olmur. Prosessor yanıb?

-Yanıb.

-Bəs sabit yaddaş?

-Yanıb.

-Bəs ekran?

-Yanıb.

-Aman Allah! Siz onunla nə etmisiz?

-Dünən evimdə yanğın olmuşdu

* * *

Bir gün bir nəfər aptekə girir və deyir -Sizdə çörək var? Satıcı deyir ki, Aptekdə çörək olmür yox yoxdu. Kişi satıcının gözünü partladır. Səhəri gun yene girir hemin Apteke deyir – Sizdə çörək var? Satıcı deyir yox. Kişi vurub o biri gözündə partdadır. Satıcı bundan bezib Aptekə çörək qoyur. Kişi yenə gəlir və satıcı kişini qabaqlayır ki, çörək var. Kişi deyir ki, mənə indi çörək yox, Smetan lazımdı

* * *

Bir kişi yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir:

-Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.

* * *

Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst – basının toz – torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.

Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!

Arvad: Necə?

Kişi:Çünki, sürünə – sürünə gəlmişəm!

* * *

Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:

-Bu nədi? Sənə nə olub?

-Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?”

-Nə olsun ki?

-Heeeç . Bu gün biri tapdı.

* * *

Bir qadın təzəcə tanış olduğu arvadla dərdləşir:

-Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusiylə qızlar. Bir o qıza baxın- saşları qısa, şalvarı dar, heç bilmirsən ki qızdır ya oglan…

-O mənim qızımdır.

-Eləmi? Bağışlayın, bilmədim ki siz onun atasısınız.

-Atasi yox, mən onun anasıyam.

* * *

Polis yolda uzanmış bir piyanı durğuzur:

-Ay kişi , dur ayağa, dur get evinə !

Kişi yavaş-yavaş gözlərini açır:

-Mən har-da-yam? Həə?

-İçəri şəhərin darvazasında.

Kişi yuxulu-yuxulu:

-Sən allah, o darvazanı bağla, mənə yaman soyuqdur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma