Əşhi Siğorta boş şeydir–Elə məndə Bu sözü boş boşuna yazmadım.Çünki həqiqətən hal-hazırki vəziyyətdə insanlarımızın düşüncə tərzi belədir.Bu postu yazmamışdan əvvəl bir neçə insanla siğorta barəsində danışdım.İlk sözləri mənə məhz bu olmuşduki SİĞORTA BOŞ ŞEYDİR.Soruşandaki niyə axı belə deyirsən??deyir bir neçə dəfə başıma gəlib görmuşəm.Həmin insanlardan başlarına gələn hadisəni soruşdum.

1 ci si taksi sürücüsü idi.Deyirki Bu yaxınlarda 50 manat verib maşınımı  siğortaladım.1 aydan sonra maşınımın ön şüşəsi(patpres) çartladı getdim Siğorta şirkətinə mənə heç bir ödəniş vermədilər.Sürücüyə baxıb gülümsündüm sadecə.Soruşdumki Maşınını siğortalatdıranda sigorta şirkəti sizə bu barədə məlumat vermişdimi???Dedi yox!!!sadecə pulumu alıb qol çəkdirdilər vəssəlam.Bundan sonra mən oturub onun İcabari siğorta etdirdiyini,və bunun nə olduğun həmin sürücüyə izah etdim.Aldığım cavab isə ÇOX SAĞ OL!!!!oldu heç mənə belə izah etməmişdilər .

Həqiqətən fikrimcə bügün Siğorta şirkətlərimizin ən səhv işi marifləndirmə aparmamalarıdır.Əgər marifləndirmə olsa həm Sigortalılar həmdə Siğorta olunanlar öz vəzifələrini bilərlər.İnsan harda xoş sima görsə,harda özünü rahat hiss etsə daima orda olmaq istəyər.Siğorta şirkətləridə insanların bu psixoloji vəziyyətini nəzərə alıb öz işlərində müəyyən tənzimləmələr aparmalıdırlar.

Əvvəllər insanlarımız əsasən kəmiyyətə üstünlük verirdilərsə indi artıq vəziyyət dəyişib hər kəs keyfiyyət axtarır.Misal üçün deyə bilərəmki əgər bugün mənim başıma bir hadisə gəlsə məsələn avtomobilim qəzaya uğrasa və sigorta sirkətim dərhal yanımda olsa,tezliklə mənə dəyən zərəri ödəsə,təbiki mənim güvənim artacaq bu sirkətə qarşı daha sonra gedib həyat siğortası götürəcəm,və belə belə daimi müştərisinə çevriləcəm.Bildiyimiz kimi Müştəridə müştəri gətirər konsepsiyasına əsasən sabahda inanıb öz yaxın bir neçə dostumu aparacam həmin şirkətə.

Ama bunun tam əksini düşündükdə isə həmin şirkət məni və mənim gətirəcəyim müştəriləri qazanmamış itirəcək.Və təbiki məndə öz növbəmdə hər tərəfdə bu şirkəti pisləyəcəm.

UNUTMAMAQ LAZIMDIRKİ ƏN BÖYÜK BİCLİK DÜZLÜKDÜR!!!!!!! Siğorta şirkətləridə bugün məhz bu şüar altında işləsələr həqiqətən öz mənfəətlərini bir neçə dəfə artıra bilərlər.

ARDİ OLACAQ………

2 cavab »

  1. Xosrov deyir ki:

    Mence de mariflendirme olmalidir..eks halda vetendashlar ucun bir cox cetinlikler yaranir.melumati olmayan mushterilere deyen ziyanin qarshilanmasi ucun cox problemler olur.butun sigorta shirketleri oz ish prosedurlari barede blank hazirlamali ve muqavile bagladigi mushteriye teqdim etmelidir , nehayet, yazilan punktlara emel olunacagini mushteriye inandirmalidir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma