“A-Qroup Sığorta Şirkəti” özünün uzunmüddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını növbəti dəfə artırıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “A-Qroup Sığorta Şirkəti”nin nizamnamə kapitalı 2 906 250 milyon manatdan 4 719 750 milyon manatadək artıb. Sığorta şirkətinin inkişaf proqramı gələcəkdə bu göstəricinin artırılmasını nəzərdə tutur.

1 rübün nəticələrinə görə, “A-Qroup Sığorta Şirkəti”nin sığorta mükafatlarının ümumi həcmi 4 409 979 manat təşkil edir. Daxil olmanın əsas hissəsi könüllü tibbi sığortası üzrədir.

Qeyd edək ki, bu ilin 3 ayı ərzində əmlak sığortası üzrə mükafatlar 201 363 manat təşkil edir, avtomobil sığortası üzrə isə 148 487 manat təşkil edir. 2012-ci ilin 1 rübü üzrə sığorta ödənişlərinin həcmi 1 114 056 manat təşkil edib.

Qeyd edək ki, “A-Qroup Sığorta Şirkəti” 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq edib. “A-Qroup” Korporativ idarəetmə layihəsinin mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.

Bir cavab »

  1. Tural reqemlerden sonra “milyon” manat yazmaq duz deyil))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma