5

Bu yazımı yazmamışdan əvvəl Ölkəmizdə olan Peşə Bayramlarına baxdım və  kiyafət qədər peşə bayramları gününün olduğunu gördüm. Və dərhal niədə axı Sığorta işçilərinin peşə bayramı olmasın dedim öz-özümə. Gördüyümüz iş yetəri qədər məsuliyyətlidir. İnsanların daim rifahı üçün çalışırıq. Hər bir insan istədiyinə nail olmaq üçün çox çalışır və nəticədə onu əldə edir və bir gün illərdir əldə etmək istidiyi bir anda məhv olarsa məhz bu zaman biz həmin insanların zəhmətinin batmasına imkan vermirik , onları əvvəlki durumlarına qaytarırıq. İnsanların həm mənəvi həmdə maddi durum cəhətdən çətinə düşməyə imkan vermirik. Bu qədər məsuliyyətli işləri məhz bizlər sığortaçılar edirik. 365 gün içində düşünürəm ki, bizimdə peşəmizə görə özümüzü xüsusi hesab edə biləcəyimiz bir günümüzün olmağı daha gözəl olardı. 

Yəqin ki, bu yazım lazımı qurumlara çatar və biz sığortaçıların zəhmətimizə dəyər verilib bizim üçün məqsədəuyğun addımlar atılar.

Azərbaycan Respublikasında qeyd olunan peşə bayramları

30 yanvar – Gömrük işçilərinin peşə bayramı günü
2 fevral – Azərbaycan gəncləri günü
11 fevral – Vergi Xidməti işçilərinin peşə bayramı günü
22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı günü
5 mart – Bədən tərbiyəsi və idman günü
12 mart – Daxili Qoşunlar günü
28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü
23 may – Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü
2 iyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü
5 iyun – Meliorator günü
17 iyun – Tibb işçilərinin peşə bayramı günü
20 iyun – Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü
23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü
26 iyun – Silahlı Qüvvələr günü
İyul ayının I bazar günü – Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı
2 iyul – Azərbaycan Polisi günü
9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü
22 iyul – Milli mətbuat və jurnalistika günü
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü
2 avqust – Azərbaycan kinosu günü
5 avqust – Azərbaycan Respublikasının Hərbi Donanması günü
18 avqust – Sərhəd Qoşunlarının peşə bayramı günü
23 avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü
15 sentyabr – Bilik günü
18 sentyabr – Milli musiqi günü
20 sentyabr – Azərbaycan neftçiləri günü
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü
10 oktyabr – Yanğınsöndürənlərin peşə bayramı günü
13 oktyabr – Dəmir yolu işçilərinin peşə bayramı günü
20 oktyabr – Energetiklər günü
6 noyabr – Azərbaycan televiziyası və radiosu günü
8 noyabr – Bakı metropoliteni işçilərinin peşə bayramı günü
22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü
6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü
16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü
17 dekabr – Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma