Türkiyədəki tələbəmizin köməyə ehtiyacı var

12507125_1089220787811193_2623643038766999897_nTürkiyədəki tələbəmizin köməyə ehtiyacı var

“Yardım edəcəyiniz hər bir qəpik, hər bir manat qardaşımın yaşaması üçün bir ümid işığıdır!”

İbrahim Fərhadlı İstanbul Texniki Universitetində magistr təhsili alır. Halsızlıq yarandığı üün bir müddət əvvəl Türkiyədə xəstəxanaya müraciət edən zaman onda leykoz olduğu məlum olub. Bu barədə Bizimyol.info saytına İbrahimin qardaşı Mikayıl Hacıyev məlumat verib.
“Qardaşım İbrahim Fərhadlı ailəmizin sonbeşiyidir. Bakı Dövlət Universitetində pulsuz təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra magistratura təhsili qazandığı İstanbul Texniki Universitetində imtahana girmək üçün 1 həftə əvvəl İstanbula getmişdi. Oxumağa davam et

Təklif – Sığorta işçilərinin bayramı

5

Bu yazımı yazmamışdan əvvəl Ölkəmizdə olan Peşə Bayramlarına baxdım və  kiyafət qədər peşə bayramları gününün olduğunu gördüm. Və dərhal niədə axı Sığorta işçilərinin peşə bayramı olmasın dedim öz-özümə. Gördüyümüz iş yetəri qədər məsuliyyətlidir. İnsanların daim rifahı üçün çalışırıq. Hər bir insan istədiyinə nail olmaq üçün çox çalışır və nəticədə onu əldə edir və bir gün illərdir əldə etmək istidiyi bir anda məhv olarsa məhz bu zaman biz həmin insanların zəhmətinin batmasına imkan vermirik , onları əvvəlki durumlarına qaytarırıq. İnsanların həm mənəvi həmdə maddi durum cəhətdən çətinə düşməyə imkan vermirik. Bu qədər məsuliyyətli işləri məhz bizlər sığortaçılar edirik. 365 gün içində düşünürəm ki, bizimdə peşəmizə görə özümüzü xüsusi hesab edə biləcəyimiz bir günümüzün olmağı daha gözəl olardı.  Oxumağa davam et

Sığortada Plagiat..

1 İllik hərbi həyatımdan sonra yenidən sığortaya qayıtdım. Sığorta bazarına baxdıqda isə elədə nəzərə çarpan az sayda yeni sığorta məhsulu gördüm. Düzdür hansı şirkətin anderaytiri məhsul hazırlayırsa yeni məhsul kimi qələmə verir 🙂  Hətta bəzi Sığorta  şirkətləri xüsusi paket şəklində  natamam sığorta paketi hazırlayıb sığorta haqqını az göstərməklə ” Yeni və sərfəli kasko” adı ilə bazara çıxardır.  Bu tamamilə səhv addımdır. Çox zaman insanlar ucuz olduğu üçün həmin məhsulu alırlar və avtomobilim sığortalıdır deyirlər. Hadisə olanda isə sığorta şirkətinin 10000 AZN-lik zərərə 2000 AZN sığorta ödənişi verəcəyini görəndə təbiki insanlarda sığortaya inam qalmayacaq!!!.Bunun çox şahidi olmuşam.

5

Bügün Bakı Sığorta şirkəti ASC-nin yeni məhsul adı ilə bazara çıxartdığ Oxumağa davam et

Pulsuz necə motivasiya etmək olar?

Bütün işçilər ondan gileylənir ki, onlara az əməkhaqqı ödəyirlər, bütün işəgötürənlər isə şikayətlənir ki, əməkdaşlar yaxşı çalışmır, ya da ümumiyyətlə işləmirlər. Bir-birinə qarşı duran bu iki qruplaşmanı vahid, həmrəy, güclü bir ittifaqa da çevirmək mümkündür. Amma bunu necə etməyin yollarını tapmaq üçün bəzən günlərlə baş sındırmaq lazım gəlir. Böhran dövründə işçi personalına təsir metodları bir az məhdudlaşır, amma yenə də nələrsə etmək mümkündür.

Yəqin ki, hamınız “kökə və dəyənək” siyasətini eşitmişiniz.

Pryanik (şirin kökə)

“Sülh” dövründən fərli olaraq, böhran dövrü sizdən məsrəflərin ixtisarını tələb edir. Ona görə də mükafatlar, yardımlar, əlavə məzuniyyətlər dərhal təxirə düşür. Oxumağa davam et

A-Qroup Sığorta Şirkətindən təqdirəlayiq aksiya

21286_595356960498592_232320960_n (1)Avtomobil həyat itkilərinə səbəb olan yüksək təhlükə mənbəyinə çevrilmişdir. 2013-cü ilin əvvəlindən bəri baş vermiş yol-nəqliyyat-hadisələrinin statistikasına əsasən, 2013-cü il yanvarın 1-dən indiyə kimi 900-dən çox YNH baş vermişdir. Bu hadisələr nəticəsində 339 nəfər ölmüş, 983 nəfər isə bədən xəsarəti almışdır. Ölənlərdən 23 nəfər uşaqdır. Hər bir quru rəqəmin arxasında kiminsə qəflətən yarımçıq qalmış taleyi və alt-üst olmuş həyatı dayanır.

Bəs bütün bunların səbəbi nədir? Çünki, bəzi sürücülər elementar yol-hərəkəti qaydalarına riayət etməyin nə qədər vacib olduğunu unudurlar. Ölümlə nəticələnən hadisələrin böyük hissəsinin qarşısını sadəcə təhlükəsizlik kəmərini taxmaqla almaq olardı. Təhlükəsizlik kəmərlərinin insan həyatını necə xilas etdiyini sürücülərimizin çoxu başa düşmək istəmir. Oxumağa davam et

2013 Qış Universiteti “Sığortalı Gənclik” layihəsinin hazırlıq mərhələsi davam edir

“İRƏLİ” İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulan bir gənclər təşkilatıdır. Təşkilat insan kapitalına ardıcıl investisiyanı ən effektiv, davamlı inkişaf yolu kimi görür və öz fəaliyyətində insan kapitalının inkişafına yönəlmiş layihələrə üstünlük verir. Gənclər arasında böyük marağa səbəb olan “İRƏLİ” İctimai Birliyinin ənənəvi olaraq keçirdiyi Gənc Liderlər üçün Yay və Qış Universitetləri layihəsidir.Yay və Qış Universitetləri gənc liderlərin aşkarlanması, müxtəlif sahələr üzrə onların bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi yetişmələri, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasıdır.

Universitet layihələri hər ilin qış və yay aylarında bir dəfədən az olmayaraq keçirilir və bu il də “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 3-8 fevral tarixlərində Gəncə şəhərində “Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gənclik” layihəsi keçiriləcək. Oxumağa davam et

Avtomobillərin İcbari Sığorta Qiymətləri dəyişdi…

 

Avtomobilinizin Texniki baxışının vaxtı çatıb ?Avtomobilinizi yalnız Texniki baxışa görə sığortalamayın rahat yaşamaq üçün sığortalayın.Buyurun zəng edin Siz əziyyət çəkməyin deyə İcbari Sığotanızı ünvanınıza gətirək.

Tural Əliyev

Mob : 055 339 20 92

050 496 25 95

 

Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl!

Hər kəs qazanmaqdan bəhs edir. Halbuki itirmək də qazanmaq qədər təbii haldı. Üstəlik hər itgi əslində bir qazancdır. Yaxşı, itgi necə qazanca çevrilir bilirsiniz?

Bu da cavabı… İtirmək qazanmaq qədər təbiidir. İtirməyi bilmək qazanmağı bilmək qədər əhəmiyyətlidir. Çox kitablar necə qazanacağımız haqda yazır. Həmişə qazanmağı öyrədirlər. Doğrudur. Qazanmaq üçün oynarıq, işləyirik həmişə. Kimsə itirmək üçün heçvaxt öyrənməz, çalışmaz, yaşamaz. Halbuki itirmək həyatın axışı içində var olan və var olacaq bir vəziyyətdir. Hər zaman qazana bilmərik. Itirdiyimiz an da olar, olacaq.

Yaxşı, Biz itirməsini bilirik?

İtirməyi bilmək qazanmağı öyrənməkdən daha da əhəmiyyətlidir. Qazanmağa özünü bağlamış birinin itirməsi olduqca çətin bir vəziyyətlə qarşı-qarşıya gəlməsi deməkdir. Bu vəziyyətdə itginin öhdəsindən gəlməlidi. Bu da itirməyi «bilmə»-yi tələb edir.

«Necə itirməlisən»i deyil, itirincə «nə etməlisən»i bilmək lazımdır.

Bax, bunu bilən az adam var və əksəriyyəti sadəcə qazanmağı bilir. Qazanmağı bilmək ilə itirməyi bilmək eyni xüsusiyyətləri tələb edir. Eyni kamilliyi, cəsarəti, özünlə üzləşməyi, eyni soyuqqanlılıq və analitik düşünmə qabiliyyəti. Oxumağa davam et

A-QROUP Siğorta şirkəti

“A-Qroup Sığorta Şirkəti” özünün uzunmüddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını növbəti dəfə artırıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “A-Qroup Sığorta Şirkəti”nin nizamnamə kapitalı 2 906 250 milyon manatdan 4 719 750 milyon manatadək artıb. Sığorta şirkətinin inkişaf proqramı gələcəkdə bu göstəricinin artırılmasını nəzərdə tutur.

1 rübün nəticələrinə görə, “A-Qroup Sığorta Şirkəti”nin sığorta mükafatlarının ümumi həcmi 4 409 979 manat təşkil edir. Daxil olmanın əsas hissəsi könüllü tibbi sığortası üzrədir.

Qeyd edək ki, bu ilin 3 ayı ərzində əmlak sığortası üzrə mükafatlar 201 363 manat təşkil edir, avtomobil sığortası üzrə isə 148 487 manat təşkil edir. 2012-ci ilin 1 rübü üzrə sığorta ödənişlərinin həcmi 1 114 056 manat təşkil edib. Oxumağa davam et

Siğorta Haqqında Bilirsinizmi???

Öz həyatını təhlükəsizləşdirmək, gözlənilməz hadisələrin nəticələrinin riskini azaltmaq istəyi hər bir insanın təbii ehtiyacıdır. Hazırda isə, qızğın sürətlər, ardı-arası kəsilməyən təbii xarakterli kataklizmlər, texnogen qəzalar və mürəkkəb ekoloji şərait əsrində təhlükəsizlik haqda qayğı daha aktual hal alır. Təkcə insanın əmlakı və sağlamlığı deyil, həm də gəlir əldə etmək üsulu da risk zonasına daxil olur. Yəni, hər bir insan həyat fəaliyyətinin ən müxtəlif sahələrində öz mülki maraqlarını qorumaqda maraqlıdır.

Bunu müxtəlif yollarla etmək mümkündür, lakin hazırda ən mədəni yol – sığortalama yolu ilə əmlakın, biznesin, əmək qabiliyyətinin bərpa olunması üçün iqtisadi bazanın yaradılmasıdır.

İnsan cəmiyyəti özünün çoxəsrlik inkişaf tarixi ərzində, xüsusi sığorta fondları yaratmaq yolu ilə həyati vacib maraqlarını bərpa etmək üçün rasional və kifayət qədər effektiv üsul fikirləşmişdir, bu sığorta fondları onlarda yığılan vəsait hesabına insanın itirdiyi əmlakı və ya gəliri qısa müddət ərzində bərpa etməyə imkan yaradır. Cəmiyyət üzvlərinin mülki maraqlarının bu effektiv qorunma metodundan dövlət, pensiya sığortası və sosial sığorta şəklində fəal istifadə edir. Əmək qabiliyyətini müvəqqəti (xəstəliyə görə) və ya daimi (əlillik, pensiya yaşına çatma) itirən insan xüsusi fondlardan gəlir əldə etməyə davam edir və öz həyat fəaliyyətini qoruyub saxlayır. Bu cür sığorta növləri icbari sayılır və işəgötürənlər tərəfindən həyata keçirilir. Oxumağa davam et